Ermənistan parlamentində iclas zamanı iqtidar nümayəndələri ilə müxalifət arasında mübahisə düşüb.
İnsanoid.com xəbər verir ki, parlamentin spikeri Alen Simonyanla müxalifət nümayəndəsi Artsvik Minasyan arasında söz dueli baş tutub.
"Üzr istəməkdə qəbahət yoxdur, amma üzr istəməzdən əvvəl insan öz günahını etiraf etməli, etməməli olduğu hərəkətə yol verdiyini hiss etməlidir", - deyə Simonyan Minasyana etiraz edib. Tərəflər arasında qarşıdurmaya səbəb isə ötən gün parlamentdə Armenuhi Kyureqyanın küçə söyüşlərindən istifadə etməsi olub.
Artsvik Minasyan bildirib ki, Simonyan Milli Assambleyanın sədri kimi məsuliyyətsiz davranışa yol verib, o halda ki, konstitusiya öhdəliyi var ki, konsultasiya çağırsın və vəziyyəti müzakirə etsin ki, gərginlik baş verməsin.
“Əksinə, siz bu tribunadan yeni təhqirlərlə hədələyirsiniz”, “Hayastan” fraksiyasının katibi bildirib. Simonyan isə cavabında “Əzizim, siz çıxışınızda ən azı iki dəfə üstüörtülü təhdid etdiniz. Sizi xəbərdar edirəm, mənimlə hədə-qorxu ilə danışma, heç bir işə yaramır”, - deyə bildirib.