Ermənistan baş naziri Nikol Paşinyan hökumətin tərkibində təmizləmələr həyata keçirib.
“Hraparak” nəşri Ermənistanın bir neçə yüksək vəzifəli məmurunun istefaya getməsi ilə bağlı məlumat yayıb.
Nəşrin iddiasına görə, Paşinyan bütün “qurbanlarına” SMS göndərib. Mesajda qeyd olunub:
“İşinizə görə təşəkkür edirəm, ərizə yazın - işdən azad olun”.
Bildirilib ki, həmin SMS-dən sonra hamı işə getmək üçün sübhün açılmasını belə gözləmədən ərizələr yazıb.
Qeyd edək ki, Ermənistanın infrastruktur naziri Qmel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan, daxili işlər naziri Vahe Kazaryan və İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyanın istefa ərizəsi yazdığı bildirilir.