Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, həqiqətən də soyqırım məsələsi prioritet deyil və məktəb dərslikləri səviyyəsində yanlış siyasət aparılıb.
İnsanoid.com xəbər verir ki, Papoyan bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Baş verənlərin sizə yad olmasının səbəbi də budur. Ölkənin bədbəxtliyi ondan ibarətdir ki, siz, bizim vətəndaşlar da, mən də onilliklərdir ki, məlum məsələ beynimizə yeridilib və bunun nəticəsində bir qayda olaraq, dövlət itirir”, - deyə o bildirib.