Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2022-ci ilin yanvar ayı üçün reytinq siyahısını açıqlayıb. Bu barədə FİDE-nin rəsmi saytında məlumat yerləşdirilib.
Məlumata görə, Şəhriyar Məmmədyarov (2767 xal) və Teymur Rəcəbov (2753 xal) mövqelərini qoruyublar. Məmmədyarov 9-cu, Rəcəbov isə 14-cü sırada yer alıblar.
İlk yüzlükdə daha iki təmsilçimiz var. Qədir Hüseynov (2661 xal) 77-ci, Rauf Məmmədov isə (2656 xal) 87-ci pillədə qərarlaşıblar.
Siyahıya norveçli dünya çempionu Maqnus Karlsen (2865 xal) başçılıq edir. İkinci pillədə Fransanı təmsil edən Alireza Firuzca (2804 xal), üçüncü yerdə isə çinli Liren Dinq (2799 xal) yer alıblar.
[gallery size="full" columns="1" ids="20984"]