Dünən, martın 27-də FİDE Qran-prisinin 3-cü mərhələsinin 5-ci turunun oyunları keçirilib.
Şəhriyar Məmmədyarov qara fiqurlarla Leyner Dominqes ilə heç-heçə edib. Daniil Dubov - Vinsent Keymer qarşılaşmasında da qalib müəyyənləşməyib.
Bu gün qrup mərhələsinin son oyunları keçiriləcək. Şəhriyar Məmmədyarov ağ fiqurlarla Daniil Dubova qarşı oynayacaq. Şahmatçımız qrupda 1-ci yerə yiyələnsə, yarımfinal mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, turnirə aprelin 4-də yekun vurulacaq.