Dünən, martın 24-də şahmat üzrə FİDE Qran-prisinin 3-cü mərhələsinin 3-cü turunun oyunları keçirilib.
Şəhriyar Məmmədyarov bu turda ağ fiqurlarla ABŞ-dan olan Lenyer Dominqesə qarşı heç-heçə edib. Qrupun digər oyununda Vinsent Keymer Daniil Dubova qalib gəlib. Beləliklə, 3 turdan sonra Dominqeslə Keymer 2 xalla 1-2-ci yerləri bölüşdürürlər. Şəhriyar isə 1,5 xal yığaraq 3-cü yerdə qərarlaşıb. Daniil Dubov 0,5 xal yığıb və o, qrupda sonuncu yerdədir.
Bu gün şahmatçımız almaniyalı Vinsent Keymera qarşı oynayacaq.