Dünən, aprelin 1-də şahmat üzrə FİDE Qran-prisinin 3-cü mərhələsinin yarımfinal oyunları keçirilib.
Şəhriyar Məmmədyarov hər iki tay-breyk oyununda ABŞ idmançısı Hikaru Nakamuraya məğlub olaraq turnirdə mübarizəni dayandırıb. Digər yarımfinal oyununda ABŞ-dan olan Uesli So iranlı Amin Tabatabaiyə qalib gəlib. Beləliklə, finalda Hikaru Nakamura ilə Uesli So qarşılaşacaq.
Qeyd edək ki, 150 min avro mükafat fondu olan turnirə aprelin 4-də yekun vurulacaq.