Almaniyanın paytaxtı Berlində keçiriləcək FİDE Qran-prisinin 3-cü mərhələsinin püşkatması keçirilib.
Şəhriyar Məmmədyarovun B qrupundakı rəqibləri ABŞ-ı təmsil edən Lenyer Dominqes, rusiyalı Daniil Dubov və almaniyalı Vinsent Keymer olacaq. Turnirin qrup mərhələsində dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Qrup qalibi yarımfinal mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, 3-cü mərhələ martın 21-dən aprelin 4-dək davam edəcək. FİDE Qran-prisinin ümumi mükafat fondu 150 000 avrodur.