Dünən, martın 22-də Almaniyanın paytaxtı Berlin şəhərində şahmat üzrə FİDE Qran-prisinin 3-cü mərhələsinə start verilib.
Şəhriyar Məmmədyarov ilk turda qara fiqurlarla almaniyalı Vinsent Keymera qarşı heç-heçə edib. Qrupun digər oyununda Lenyer Dominqes Daniil Dubova qalib gəlib. Bu gün keçiriləcək ikinci turda Şəhriyar qara fiqurlarla Daniil Dubova qarşı oynayacaq.
Qeyd edək ki, FİDE Qran-prisinin son mərhələsi aprelin 5-nə kimi davam edəcək. Dörd qrupun qalibləri yarımfinala vəsiqə qazanacaq.