Dünən, martın 31-də şahmat üzrə FİDE Qran-prisinin 3-cü mərhələsinin 2-ci yarımfinal görüşləri keçirilib.
Şəhriyar Məmmədyarov ağ fiqurlarla Hikaru Nakamurayla heç-heçə edib. Hər iki görüş heç-heçə bitdiyinə görə, bu gün aralarında tay-breyk oynanılacaq. Digər yarımfinalda da qalib tay-breykdə müəyyən olunacaq.
Qeyd edək ki, turnirə aprelin 4-də yekun vurulacaq.