Dekabrın 8-i saat 21 radələrində Qaradağ rayonunun Salyan şossesi 47 ünvanında yerləşən "AAC" MMC-nin kərpic sexində 24 yaşlı fəhlə elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Bu barədə Qaradağ rayon prokurorluğu məlumat verib.
Məlumata əsasən, hadisə fəhlənin sement qalıqlarını elektrik mühərrikli dəlici alətlə təmizlədiyi zaman baş verib.
Faktla bağlı “əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanılıb.