Dünən, dekabrın 23-də Vüqar Həşimov memorialına yekun vurulub. Turnirin qalibi ABŞ-dan olan şahmatçı Fabiano Karuana olub.
Blits oyunlarının son yeddi turunun nəticəsində Fabiano Karuana ili Rixard Rapport eyni xal toplayıb. Nəticədə aralarında armageddon oyunu keçirilib və həmin oyunda ABŞ şahmatçısı öz rəqibinə qalib gəlib.
Qalan yerlərdə müvafiq olaraq Şəhriyar Məmmədyarov, Sergey Karyakin, Rauf Məmmədov, David Navara, Vüqar Əsədli və Vişvanatan Anand qərarlaşıblar.