Facebook şirkəti gələn həftə adını dəyişdirməyi planlaşdırır. Bu haqda oktyabrın 20-də The Verge məlumat yayıb.
Facebookun rəhbəri Mark Zukerberqin sözlərinə görə, istifadəçilər bu dünyada bir-birini görüb eşitməklə yanaşı, həm də fiziki olaraq da hiss edə biləcəklər.
Sosial şəbəkə 2004-cü ilin fevralında 19 yaşlı amerikalı tələbə Mark Zukerberq tərəfindən yaradılıb. Onun adı dünyanın ən gənc milyarderi kimi Ginnesin "Rekordlar" kitabına da düşüb.
Şirkətin baş ofisi Kaliforniyada yerləşir. Facebook messenger, whatsapp və instagram xidmətlərinə də sahibdir.