Oğurluqda şübhəli bilinən iki Ağcabədi sakini martın 19-da saxlanılıb. Bu haqda APA xəbər paylaşıb.
Məlumata görə, saxlanılan şəxslər öncədən əlbir olaraq fermaların birindən 2 000 manatlıq dəmir boru və naqil aparıblar. Həmçinin onlar bir mağazadan geyim əşyaları, digər mağazadan isə 360 manat pul, 1 600 manat dəyərində tütün məmulatları və ərzaq məhsulları oğurlayıblar.
Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.