Hazırda Azərbacanda payızlıq buğda və arpanın əkin prosesi davam edir. Aqrar Sığorta Fondu 20 oktyabr tarixində fermerlərə müraciət edərək xatırladıb ki, 10 hektardan artıq olan əkinlərə görə subsidiyaların alınması üçün həmin sahələr sığortalanmalıdır.
Həmçinin fermerlər subsidiya əldə etmək üçün əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməlidirlər.
Sahibkarlar əkin sahələrini sığortaladıqda təbii fəlakətlər, qasırğa, dolu, yanğın, vəhşi heyvanlar və üçüncü şəxslərdən dəyən zərərdən sığortalanmış olacaqlar.
Müraciətdə qeyd olunub ki, fermerlərə dəstək üçün sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun səhifəsində yerləşdirilmiş «Bitkiçilik kalkulyatoru» vasitəsi ilə hesablamaq olar.