"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Ferrari" komandasının pilotu Karlos Sayns İtaliya Qran-prisindən sonra qarət edilib. Bu barədə Report 4 sentyabr tarixində xəbər verir.
29 yaşlı sürücü Milan şəhərinin mərkəzindəki hoteldən çıxandan sonra üç nəfər tərəfindən mühasirəyə alınıb.
Onlar Saynsın sol qolundan 300 min avro dəyərində olan saatı çıxarıblar. Daha sonra polis oğruları saxlayıb, onların 18, 19 və 20 yaşında mərakeşlilər olduğu müəyyən edilib.