Ötən sutka ərzində 81 yanğına çıxış olub. Bu barədə 17 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 13 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan 2 nəfər xilas edilib.
Həmçinin qəza-xilasetmə əməliyyatı zamanı 2 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.