Ötən sutka ərzində 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib. Bu haqda dekabrın 18-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bununla yanaşı, 16 yanğına çıxış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Qeyd edək ki, FHN-nin “112” qaynar telefon xətti 24 saat aktivdir.