Noyabrın 10-u günün ikinci yarısından başlayaraq noyabrın 12-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit və yağıntılı keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır. Bu haqda FHN məlumat verib.
Nazirlik əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq və hündür ağacların altında dayanmamaq tövsiyə olunur.