Ötən sutka ərzində 86 yanğına çıxış olub. Bu barədə 15 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 8 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan 3 nəfər xilas edilib, yanğın zamanı 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Həmçinin qəza-xilasetmə əməliyyatları zamanı 6 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.