Ötən sutka ərzində 51 yanğına çıxış olub. Bu barədə 28 iyul tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 8 nəfər xilas edilib.
Həmçinin yanğın zamanı 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər yanıq xəsarəti alıb. Qəza-xilasetmə əməliyyatları zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.