Ötən sutka ərzində 60 yanğına çıxış olub. Bu barədə 4 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 14 nəfər, o cümlədən dənizdə nəzarətsiz ərazidə çimərkən batma təhlükəsi olan 4-ü azyaşlı olmaqla 6 nəfər xilas edilib.
Həmçinin Masallı rayonunun Sərçuvar kəndi yaxınlığında “DAF” markalı yük avtomobili və “ВАЗ” markalı minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.