Ötən sutka ərzində 90 yanğına çıxış olub. Bu barədə 24 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 8 nəfər xilas edilib.
Həmçinin dənizdə batan 2 nəfərin meyiti çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.