Ötən sutka ərzində 82 yanğına çıxış olub. Bu barədə 11 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1 nəfər xilas edilib, yanğın zamanı 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Həmçinin qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.