Ötən sutka ərzində 90 yanğına çıxış olub. Bu barədə 7 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 12 nəfər xilas olunub.
O cümlədən dənizdə çimərkən batma təhlükəsi olan 7 nəfər və Ağsu rayonunun Qiyaslı kəndində “ВАЗ” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çarpılması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.