Fövqəladə Hallar Nazirliyi (FHN) sabaha gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Bu haqda məlumat noyabrın 15-də qurumun rəsmi saytında dərc edilib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i axşam saatlarından başlayaraq noyabrın 16-dək ölkədə hava yağıntılı keçəcək, xüsusilə güclü külək əsəcək.
“Müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur”, - deyə FHN-nin müraciətində bildirilir.