Ötən sutka ərzində 21 yanğına çıxış, 5 köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Bu haqda FHN-dən məlumat verilib.
Ümumilikdə dünən 9 nəfər xilas edilib. Həmçinin, Yasamal rayonunda 1939-cu il təvəllüdlü Musayev Arif Sadıx oğlunun meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.