Ötən sutka ərzində 22 yanğına çıxış və 6 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Bu haqda noyabrın 13-də FHN məlumat verib.
Yanğın zamanı 15 nəfər təxliyə olunub. Həmçinin Yasamal rayonunda bağlı qapı arxasında aşkar olunan bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.