Ötən sutka ərzində 26 yanğına çıxış və 3 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Bu haqda dekabrın 17-də FHN məlumat verib.
Həmçinin Kürdəmir rayonunun Atakişili kəndində su kanalında aşkarlanan 1965-ci il təvəllüdlü şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.