Gələn aydan xaricdə doktorantura təhsilinə sənəd qəbulu başlayır. Bu barədə 7 yavnar tarixində Report məlumat verib.
Belə ki, 2022-ci il üçün birinci sənəd qəbulu fevral-aprel ayında, ikinci sənəd qəbulu isə iyul-sentyabr aylarında baş tutacaq.
Qeyd edək ki, proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda xaricdə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub.
Xaricdə doktorantura təhsili almaq istəyənlər sual yarandığı zaman [email protected] mail ünvanına müraciət edə bilərlər.