2019-2021-ci illər ərzində gömrükçülərin həyata keçirdiyi əməliyyatlar nəticəsində 6 ton 523 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Bu haqda məlumatı dekabrın 30-da Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Twitter-də paylaşıb.
Cari ildə isə 3 ton 43 kiloqram narkotik vasitə və psixotrop maddənin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.