Gürcüstandan gələn avtomobildə 10 min ədəd siqaret aşkarlanıb
“Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn “DAF” markalı avtomobil saxlanılıb. Bu barədə oktyabrın 4-də Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Avtomobilə keçirilən baxış zamanı orada 10 400 ədəd müxtəlif markalı siqaret aşkar edilib.