Göyçayda karantin qaydalarını pozan toy sahibi cərimələnib.
Trend-dən dekabrın 29-da verilən məlumata görə, Göyçayın Hacalıkənd sakininə məxsus fərdi yaşayış evinin həyətində toy təşkil olunaraq karantin qaydaları pozulub.
Orada 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub. Bununla əlaqədar toy sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.