Göyçayın Mırtı kənd sakini ov tüfəngi ilə ehtiyatsız davranaraq özünə atəş açıb və ayaq nahiyəsinə xəsarət yetirib. Bu haqda 3 yanvarda Daxili İşlər Nazirliyinə istinadən APA məlumat verib.
Polis əməkdaşları hadisə yerindən müvafiq sənədləri olan “İJ” markalı ov tüfəngi götürüb.
Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.