Göyçay rayonunun Kürdəmiş kəndində soyuducu anbarına qanunsuz daxil olan naməlum şəxs ov tüfəngindən havaya atəş açaraq obyektin mühafizəçilərinə hədə-qorxu gəlib. Bu barədə dekabrın 15-də DİN məlumat verib.
Məlumata əsasən, Bığır kənd sakini saxlanılaraq şübhəli şəxs qismində istintaqa təhvil verilib.
Saxlanılan şəxsdən tiryək və bıçaq götürülüb. Onun evindən isə hadisə zamanı istifadə etdiyi və qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb.