Göyçayda 25 min manatlıq oğurluq edən şəxslər saxlanılıb. Bu barədə Report DİN-ə istinadən məlumat yayıb.
Rayonun Çayarxı kənd ərazisində yerləşən avtomobillərin təmiri sexində “Volvo” markalı yük avtomobilinin 5 000 manat, “Zoomlion” markalı avtomobilin 10 000 manat dəyərində mühərrik hissələri oğurlanıb. Bundan əlavə, şəhər ərazisindəki şirkətlərin birindən 10 000 manat dəyərində metal qırıntıları və elektrik avadanlıqları oğurlanıb.
Oğurluqları törətməkdə şübhəli bilinən Göyçay şəhər sakinləri, əvvəllər məhkum olunmuş E. Həsənov, E. Eminov və A. Vəliyev saxlanılıblar.