Göyçay Peşə Hazırlığı Mərkəzi “Meyvəçilik üzrə aqrar təlim” layihəsinə start verir. Bu barədə 9 mart tarixində Dövlət Məşğulluq Agentliyinin rəsmi səhifəsində məlumat verilib.
Layihə çərçivəsində "Meyvəçilik və bağçılıq üzrə aqronom (kiçik aqronom)" peşəsi üzrə kurslar təşkil edilib. 2 ay ərzində 13 seçilmiş müdavimə dərslər keçiriləcək. Kursları uğurla bitirən şəxslər Göyçay Dayaq Məntəqəsində işlə təmin olunacaq.