Göyçay şəhərinin Ü. Hacıbəyov küçəsində avtomobil piyadanı vuraraq öldürüb. Bu haqda yanvarın 8-də APA məlumat paylaşıb.
Məlumata əsasən, "Ford Tranzit" markalı minik avtomobilinin sürücüsü yolu keçən 65 yaşlı piyadanı vurub. Xəsarət alan şəxs Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin orada dünyasını dəyişib.
Hadisə yerindən gedən avtomobilin sürücüsü saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.