Göyçayda Mehdi Hüseynzadə küçəsində 50 ailənin yaşadığı beşmərtəbəli bina qəzalı vəziyyətə düşüb. Bu haqda martın 18-də APA məlumat yayıb.
Binanın divarlarında çatlar əmələ gəlib, fasadına yapışdırılan üzlük aqlay daşları qoparaq yerə tökülüb, binanın dam örtüyü 10 ildən çoxdur ki, köhnəlib.
Yağış yağan zaman sakinlərin evlərinə su tökülür.
Göyçay rayon Mənzil İstismar Sahəsinin rəisi sakinlərə məsləhət görüb ki, binanın rayon mənzil istismar sahəsinin balansına keçirilməsi üçün İcra Hakimiyyətinə müraciət etsinlər.