Göyçay şəhərində su borusunda baş vermiş qəza nəticəsində əhalinin 50%-i susuz qalıb. Bu haqda yanvarın 13-də APA məlumat yayıb.
Qəza diametri 400 millimetr olan boru xəttində baş verib.
Su borusunun partlaması nəticəsində Heydər Əliyev prospektinin aşağı hissəsində olan bütün binalara, dövlət və özəl obyektlərə verilən içməli su kəsilib.
Hazırda təmir işləri aparılır. Bu gün gecə saatlarında anbardan boru şəbəkəsinə suyun doldurulması prosesi başlayacaq.