Göyçayda narkotiklərin kultivasiyası və qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər tutulub. Bu barədə Daxili İşlər Nazirliyi aprelin 9-da məlumat verib.
Onlardan ümumilikdə 17 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.