Göyçayın Çayarxı kəndində yerləşən avtomobil təmiri sexindən oğurluq edən 3 nəfər saxlanılıb. Bu haqda martın 30-da Report məlumat yayıb.
Onlar iki yük avtomobilindən ümumi dəyəri 15 000 manat olan mühərrik hissələri və 10 000 manatlıq elektrik avadanlıqları və metal hissələrini oğurlayıblar.
Saxlanılanlar oğurladıqlarını metal qəbulu məntəqələrinə sataraq əldə etdikləri pulu öz aralarında bölüblər.
Faktla bağlı araşdırma aparılır.