Bol qarlı mart bu dövr üçün xarakterik olmayan şaxta ilə də müşayiət olunduğundan Göygölün suyu donaraq buz bağlayıb. Bu barədə 24 mart tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Firuddin Əliyevin sözlərinə görə, hazırda gölün üzəri 2-3 sm qalınlığında buz qatı ilə örtülüb ki, bu da son illərin nadir təbiət hadisələrindəndir.
Nümayəndə bildirib ki, bahar fəslində Göygölün üst hissəsinin donması turistlərin də böyük marağına səbəb olub.
[gallery columns="2" link="file" size="large" ids="38615,38616"]