Ötən gün, martın 21-də Göygölün Qızılca kəndində avtomobil piyadanı vurub. Bu barədə APA xəbər verib.
Məlumata görə, hərəkətdə olan avtomobil yolu keçmək istəyən 61 yaşlı şəxsi vurub. Piyada xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin kafi olduğu bildirilib.
Faktla bağlı araşdırma davam edir.