Göygölün Üçtəpə kəndində yanğın hadisəsi baş verib. Bu haqda martın 31-də FHN məlumat yayıb.
Sahəsi 90 m² olan birmərtəbəli evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.