Bu gün axşamdan başlayaraq havanın temperaturunun kəskin düşəcəyi, güclü külək əsəcəyi, sulu qar və qar yağacağı proqnozlaşdırılır. Bununla bağlı yanvarın 12-də Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.
Nazirlik aşağıdakı təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb:
- nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə edilməməli;
- elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı;
- qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı;
- cihazlardan zavod istehsalçılarının təlimatlarına uyğun istifadə edilməlidir.
Həmçinin yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.