Gələn ayın əvvəlindən “Əmək Münasibətləri və Məşğulluq” altsistemi (ƏMAS) istifadəyə veriləcək. Bu haqda 18 aprel tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bu platforma vasitəsilə rəqəmsal kadr uçotu sistemi qurulacaq. Belə ki, işəgötürənlərin kadr məsələləri ilə bağlı işləri daha çevik və rahat yerinə yetiriləcək, işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığı daha da artacaq.