Ağcabədidə intihara cəhd hadisəsi baş verib.
İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisə Ağcabədi şəhərində qeydə alınıb.
Şəhər sakini 1995-ci il təvəllüdlü Məryəm Həsənova intihar məqsədi ilə özünə bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. M.Həsənovanın vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Nəzrin Vahid