Göyçayda avtomobilin vurduğu 72 yaşlı qadın 15 gün sonra ölüb. Bu barədə 18 iyul tarixində APA məlumat verib.
İyulun 2-də rayon sakini Sahib Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə Göyçay şəhərinin Nizami küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1951-ci il təvəllüdlü Səfayə Abışovanı vurub.
Xəstəxanaya yerləşdirilən qadın ötən gün ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.