Göygöl rayonunda baş verən yol qəzası nəticəsində ölən və yaralananlar var. Bu barədə Report 10 sentyabr tarixində xəbər verib.
Hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Hacıkənd qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ-21015” markalı avtomobilin “KAMaz” markalı yük maşını ilə toqquşması nəticəsində Kəlbəcər rayon sakini, 48 yaşlı Müşfiq Bayramov ölüb, 25 yaşlı Xalay Tahirli və onların həmyaşıdları Bayram Məmmədov, Elgün Hüseynli xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.